Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Cənubi Qafqaz strategiyası - III Yazı

Fərhad Məmmədov
Politoloq

Prezident Adminstrasiyası yanında keçmiş Strateji Araşdırmalar Mərkəzinin sabiq direktoru, “Valday” Beynəlxalq Diskusiya Klubunun eksperti, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi analitik Fərhad Məmmədov Cənubi Qafqazda ABŞ-ın strategiyası ilə bağlı məqalə ilə çıxış edib. PİA.az həmin məqalənin III Hissəsini oxucularının diqqətinə cəlb edir:

(I Hissə, II Hissə)

ABŞ-ın CQ siyasətinə təsir göstərən üçüncü amil ideologiyadır. XX əsrin 90-cı illərində birqütblü dünyanın formalaşması ilə ABŞ-da liberal dəyərlərin mütləq üstünlüyü haqqında gözlənti formalaşdı. Liberal-demokratiya və kapitalizm bütün problemlərdən universal “həb” kimi dünya ölkələrinə təqdim olundu. Lakin ABŞ-ın dünyaya “demokratiya ixracı” istər Amerika cəmiyyəti, istərsə də xarici ölkələr tərəfindən birmənalı qəbul olunmadı.
 
Xarici siyasətə idealist yanaşma bir çox nəzəri boşluqlara və praktiki səhvlərə gətirdi. Nəzəri cəhətdən demokratiya geniş məfhum olub, liberalizmlə məhdudlaşdırılmamalıdır. Sadə dillə desək, demokratiyanı elan etmirlər, ona uzun və keşməkeşli yol ilə çatırlar. ABŞ demokratiyanı 250 ildir ki, qurmaqda davam edir, amma hələ də paytaxt sakinləri Konqresdə səlahiyyətli nümayəndərlə təmsil olunmayıblar. Quam, Vircin adaları, Marşal adaları və Samoa ABŞ vətəndaşlarının yaşadığı ərazilər olsa da, sakinlər nə prezident, nə də Konqres seçkilərində iştirak etmirlər.
 
Əgər əvvəllər dövlətlərdən hakimiyyət bölgüsü, şəffaf seçki, mətbuat və sərbəst toplaşmaq hüquqlarının təmin edilməsi tələb olunurdusa, hazırda diqqət mərkəzində LQBT üzvlərinin hüquqlarının təmin edilməsi durur. Yeni kriteriyalar dünya ölkələrinin mədəni müxtəlifliyinə məhəl qoymur.
 
ABŞ demokratiya və insan haqqları qorumaq bəhanəsi altında digər ölkələrin daxili işlərinə qarışmaqla Rusiyaİranın etnik və dini azlıqların hüquqlarını qoruma bəhanəsi ilə digər ölkələrin daxili işlərinə qarışması ilə bağlı pis davranış nümunəsi göstərmiş olur.
 
Demokratlar partiyası timsalında liberal intervensionistlər region ölkələrinə qarşı ayırıcı, qərəzli və ədalətsiz yanaşma nümayiş etdirirlər. Nəticə etibarı ilə ABŞ-ın təhlükəsizlik və milli maraqlarına böyük töhfə verən Azərbaycan və Gürcüstan layiqli qiymət almadığı halda, ABŞ-ın xarici siyasətinə az töhfə verən və Rusiyanın satelliti olan Ermənistan ön plana çıxır. 2021-ci ildə keçirilən Demokratiya sammitinə regionun lideri AzərbaycanNATO üzvü Türkiyə çağırılmadığı halda daxili və xarici siyasətdə Rusiyadan asılı Ermənistan dəvət almışdı. İdeologiyanın praqmatikaya vaxtaşırı üstün gəlməsi region ölkələri ilə ABŞ arasında əməkdaşlıq gündəliyini məhdudlaşdırır və etimad mühitini zəiflədir.
 
Son illərdə erməni lobbi təşkilatları fəaliyyətlərində ideoloji amili Azərbaycana qarşı silah kimi geniş istifadə və istismar edir. Ermənilər Qarabağda cinayətlərini “ermənilərin hüquqları və təhlükəsizliyi” kimi liberal dəyərlərlə və ermənilərin Azərbaycanın hakimiyyəti altında yaşamalarının onların təhlükəsizliyinə təhdid olduğu ideyasını təbliğ edirlər. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı N.Paşinyan müharibəni avtoritarizmin demokratiyaya hücumu kimi qələmə verməyə çalışırdı. Erməni lobbisi on illər boyu liberal dəyərlərin təməlində duran “tarixən əzilmiş azlıq” (historically oppressed minority) və “məzlumluq” (victimization) konsepsiyalarını məharətlə istismar edərək erməni məsələsini “qlobal liberal gündəliyin” bir hissəsinə çevirə bilib, işğalçılıq siyasətə bəraət qazandırmağa çalışırdı.
 
Beləliklə, biz ABŞ-ın CQ siyasətinə təsir edən 3 amili və onun praqmatik siyasətinə mənfi təsir edən məqamları nəzərdən keçirtdik. Xüsusilə, lobbi təşkilatlarının fəaliyyəti və ideoloji amilin Azərbaycana qarşı silah kimi istifadə etdiyini, ilk növbədə ABŞ-ın regiondakı maraqlarına zərbə vurduğunu göstərdik. Həmin lobbi Ermənistanda 20 il ərzində hakimiyyəti qəsb etmiş müharibə canilərinin elə erməni xalqına qarşı etdiyi cinayətlərə müvafiq münasibətinin qarşısını aldı. Hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda lobbi qrupları Ermənistanın Rusiya ilə müttəfiq olması faktını “malalamağa” və təkcə ABŞ-ın müvafiq qınağından qorumağa deyil, “xüsusi qayğısını” təmin etməyə nail olur.
 
ABŞ 30 il ərzində CQ-da əldə etdiyi strateji nailiyyətlər Azərbaycan və Gürcüstanla bağlı olduğu halda, ən böyük töhfəsi isə Ermənistana olub. Belə anormal vəziyyət ABŞ-ın CQ-da mövqelərinin zəifləməsini şərtləndirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar